zavod binası

ру заводское здание en factory building de Fabrikgebäude fr bâtiment industriel es fábrica it fabbrica
zaman tənliyi
Zeebek effekti
OBASTAN VİKİ
Zavod
Fabrik (latınca mənası istehsal sahəsi) — emalatxanalardan fərqli olaraq çox sayda işçi qüvvəsi və mexanizmi özündə birləşdirən, sifarişlə deyil, şablonla məhsul istehsal edən iri sənaye müəssisəsi. XIX əsrdə müəssisənin fabrik hesab edilməsi üçün Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçisi olmalı idi. Fabrik ilə manufaktura arasındakı fərq ondan ibarətdir ki, manufakturada məhsul istehsalı yalnız bir maşında cəmləşir və onun tətbiqi az baş verir, eyni zamanda işin çoxu əl ilə görülür. Bundan əlavə, manufakturada çalışanlar evdə də iş görə bilirdilər. Fabrikdə isə bunun əksinə olaraq istehsal prosesində bir çox maşınlar tətbiq edilir ki, bu da məhsuldarlığın artmasına gətirib çıxarmışdır. Fabriklərin yaranması və inkişafı əsasən sənaye inqilabından sonraya təsadüf edir.
Antonov (zavod)
Antonov zavodu — Kiyevdə yerləşən Ukrayna aviasiya sənayesi dövlət müəssisəsi. Hal-hazırda Antonov ASTC im-ə bağlıdır. O. K. Antonov adına ASTC Dövlət Müəssisəsinin filialı adlandırılır. 12 saylı Dövlət Aviasiya Zavodu (QAZ-12) 1920-ci il sentyabrın 9-da Hərbi Sənaye Şurasının 15178 saylı qərarı ilə kiçik təmir sexləri əsasında qurulmuşdur. Zavodun ilk direktoru və əslində onun təşkilatçısı professor V.Bobrov olmuşdur. İlk illərdə zavodun əsas fəaliyyəti istismarda olan xarici istehsallı təyyarələrin təmiri və onlar üçün ehtiyat hissələrinin istehsalı olur. 1923-cü ildə zavodda K. Kalinin rəhbərlik etdiyi konstruktor bürosu qurulur. 1925-ci ildə zavod 4 yerlik sərnişin təyyarəsi K-1 olan orijinal dizaynlı ilk təyyarənin istehsalını mənimsəyir. Bundan əlavə, zavod planerlər və hidroplanerlər istehsal edir, 1931-ci ildə avtojirlərin istehsalına da yiyələnir. 1932-1934-cü illərdə zavod yüksək sürətli altı oturacaqlı XAI-1 sərnişin təyyarəsini inkişaf etdirir (istehsal 1934-cü ildə mənimsənilir).
Kirov zavod
Putilov zavodu, Leninqrad Kirov zavodu və ya Kirov zavodu (ru: Кировский завод) Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən bir maşın zavodudur. Zavod top mərmisi istehsal etmək üçün 1800-cü illərdə inşa edilmişdir. 1848-ci ildə Putilov adlı bir sənayeçi tərəfindən satın alındı ​​və adı Putilov zavodu oldu. Bu dövrdə dəmir yolları üçün müxtəlif komponentlər istehsal etmişdir. 1890-cı illərdəki sənayeləşmə dövründə istehsal gücü və işçi sayı artmışdır. 1900-cü ildə fabrikdəki işçi sayı 12 min 400 nəfər idi. Fabrik Rusiyanın Çar hökumətinin böyük sifarişlərini yerinə yetirmiş və dəmir yolu komponentləri istehsal etmiş və beləliklə də ölkənin ən əhəmiyyətli sənaye müəssisələrindən biri olmuşdur. 1900-cü ildən top mərmisi istehsalını bərpa etmiş və Çar Ordusunun ən vacib sursat tədarükçüsünə çevrilmişdir. 1917-ci ildə, Sankt-Peterburq şəhərindəki ən böyük fabrik kompleksi idi. 1917-ci ilin Fevral İnqilabı ilə devrilmiş Çar rejiminin süqutu zamanı Putilov zavodu işçiləri tərəfindən təşkil edilən tətillər və aksiyalar ilə ön plana çıxmışdır.
Dağlarda Zavod (1962)
Fabrik-zavod rayonu
Xətai rayonu (1932–1990 Şaumyan rayonu) – Bakı şəhərində rayon. Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır. Əhalisi: 261100 nəfər Ərazisi: 31,6 km² Əhalinin sıxlığı: 1 kv.km-ə 8263 nəfər Rayonun ərazisində bir sıra iri sənaye müəssisələri, o cümlədən "Azərneftyağ" NEZ, "Xəzərdənizneftdonanma" İdarəsi, Təcrübə Sənaye Zavodu, "Neft Kəmərləri" İdarəsi fəaliyyət göstərir. 37 orta məktəb, 44 uşaq bağçası, 2 uşaq evi,15 poliklinika insanların təlim-tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində durur. Bir sıra respublika əhəmiyyətli idarə və müəssisələr də rayonun ərazisində yerləşir: Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı şəhər Baş Polis İdarəsi, Respublika Doğum Evi, Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına xəstəxana, "AZƏRİQAZ" ASC və s.
Dağlarda zavod (film, 1962)
Drevitsk binası
Drevitsk binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Drevitsk binası Taqanroq şəhəri Frunze küçəsi, ev 23 ünvanında yerləşir. Bina 1840-cı ildə inşa edilmişdir. İki mərtəbəli villa neoklassizm stilində inşa edilmişdir. Fasadda hər iki mərtəbədə altı pəncərə vardır. Mərtəbələr arasında və pəncərələrin altında baraleyflər vardır. Onlar əsasən şir başlarıdır. Tavanı lepka elementləri ilə işlənmişdir. Bina 1840-cı ildə inşa edilmişdir. Sahibləri: 1873 — Kollec registratoru F. Serebyakov, 1880 — kollec assesoru Yskovenko, 1890 — türk taciri N. Samaroğlu, 1898 — N. K. Mumulov (Binada tütün fabriki açmışdır), 1906–1912 — Rusoua paraxod cəmiyyətinin Taqnroq filialının rəhnəri İvan Yakovleviç Drevitsk.
Dronovun binası
Dronovun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən iki mərtəbəli bina. Dronovun binası Taqanroq şəhəri Petrovski küçəsi, ev 41 ünvanında yerləşir. Bina 1850-ci ildə inşa edilmişdir. Dronovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Hazırda Taqanroq şəhəri Petrovskaya ev 41 ünvanında yerləşən binanın yerində iki mərtəbəli və fasadında förd pəncərəsi olan bina vardı. 1850-ci ildə bina ticir A. K. Voroşilkinaya məxsus olmuşdur. 1862-ci ildə bina digər layihə əsasında inşa edilmişdir. Əvvəllər binanın hər iki küncundə eyvanlar mövcud olmuşdur. Onlar cuqun dirəklərlə saxlanılırdı. Solda yerləşən öz mövcudluğunu Böyük Vətən müharibəsinin bitməsindən sonrada qoruya bilmişdi.
Fletayron binası
Flatiron Building (ing. Flatiron Building; Fletayron Bildinq kimi tələffüz olunur, hərfi tərcümədə "ütü bina" deməkdir) – Nyu-York şəhərinin Manhetten borosunun Brodvey, Beşinci Avenyu və 23-cü küçənin şərqinin birləşdiyi ərazidə yerləşən 22 mərtəbəli bina. Formasına görə ütüyə bənzəməsi binanın belə adlanmasına səbəb olmuşdur. Bundan başqa, göydələnin şərəfinə yerləşdiyi kvartal da adlanmışdır. 1966-cı ildə bina şəhərin orientiri kimi qəbul edimiş, 1989-cu ildə ABŞ-nin Milli Tarixi Abidələr siyahısına daxil edilmişdir. Hazırda Fletayron-bildinq Nyu-Yorkun simvollarından birinə çevrilmişdir. Fletayron binasının yerləşdiyi indiki ərazi 1857-ci ildə amerikalı kapitalist Amos Eno tərəfindən alınmışdır. O, 1859-cu ildə burada ərazinin əksi istiqamətində Beşinci Avenyu mehmanxanasını tikdirmişdir. 1880-ci ildə Eno Sen-Jermen mehmanxanasını sökdürərək orada 7 mərtəbəli çoxotaqlı Kamberlend evini və kommersiya məqsədilə daha 4 ədəd üçmərtəbəli bina tikdirtdirmişdir. Burada müxtəlif vaxtlarda stomatologiya və corab mağazaları fəaliyyət göstərmişdi.
Jerebsovun binası
Jetebsovun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Bina Mixail İliç Jerebsova mənsub olmuşdur. Adres: Taqanroq ş, Frunze küçəsi, 70. İki mərtəbəli villa, Jerebsovun evi XIX əsrin ikinci yarısında inşa edilmişdir. Bina 1860-cı illərdə oldenburqlu və fransız agent olan Aleksandr Federoviç Qemerleyə mənsub olmuşdur. 1970-ci illərdə Şimali Alman İttifaqının konsulu binada xidmət etmişdir. 1872-ci ildə şəhərdə icra hakimiyyəti təsis edilərkən Qermele bu tərkibə daxil edilir. 1880-ci illərdə bina torpaq sahibi, 1-ci gildiya taciri fəxri şəhər sakini M. İ. Jerebsov almışdır.
Kamennovun binası
Kammenovun binası - Taqanroq şəhərinin mərkəzində, XIX əsrin ortalarında inşa edilən iki mərtəbəli bina. Kamennovun binası Taqanroq şəhəri İtalyanski xiyabanı, ev 27 ünvanında yerləşir. Bina 1850-ci ildə klassizm stilində inşa edilmişdir. Kamennovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Taqanroqda yerləşən Kamennovun binası ilk əvvəllər gəlirli bina kimi inşa edilmişdir. Bina 1850-ci ildə tacir A. A. Monetinin şəxsi vəsaiti hesabına inşa edilmişdir. 1880-ci ildə isə bina Mixail Petroviç Kamennovun mülkiyyətinə çevrilir. Moneti adı Taqanroq tarixinə yunan emiqrant yetimlərinin adı ilə bağlıdır. Digəri isə Krım müharibəsi dönəmində şəhərə desant çıxarılması ilə əlaqədardır. Bu zaman şəhərdə güçlü yanğın olmuşdur.
Kobılin binası
Kobılin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 49. 1859-cu ilinavqust ayında Taqanroq tikinti komitəsinə 1-ci gildiya taciri İvan Kobılin tərəfindən Petrovski küçəsində ev inşa etdirməsi məqsədilə ərizə təqdim edilmişdir. Ərizəyə müsbət cavab edildikdən sonra burada yerləşən anbar sökülmüş və yerində iki mərtəbəli bina inşa edilmişdir. Binanın fasadı düzbucaqlı kolonnalarla dörd seksiyaya bölünmüşdür. Hər seksiyada dörd pəncərədə vardır. Tikintinin bitməsindən sonra birinci mərtəbədə mağazalar yerləşirdi. İkinci mərtəbə isə Vasili Vorovoy tərəfindən "London" mehmanxanası kimi istifadə edilirdi.
Koqbetlievin binası
Koqbetlievin gəlirli binası - Rostov-na-Donu şəhərinin ərazisində, Svoboda meydanında yerləşən bina. Bina 1912-cı ildə inşa edilmişdir. Koqbetlievin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Ünvan: Rostov-na-Donu ş. Svoboda meydanı, 8. XIХ əsrin sonları ХХ əsrin əvvəllərində arxitektor Nikolay Nikitiç Durbax Rostov-na-Donu, Azov və Mariupol şəhərlərinfə ysşayış binaları inşa etmişdi. Elə bu illərdə şəhərdə Koqbetlievlər yaşayırdı. Koqbetlievlər Naxçıvan-na-Donu şəhərində tanınmış ailələrdən idilər. Adrias Koqbetliev qohumları Yekaterina meydanında, I Qeorqievski küçəsi, 18-ci xəttdə evlərə sahibbidilər. Onların böyük əksəriyyəti teatr sənətinə maraq göstərirdilər.
Kostanaevin binası
Kostanaevin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnya küçəsi ev 66/37 yerləşən bina. Bina XIX əsrin sonlarında inşa edilmişdir. Kostanaevin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Kostanaevin binası Bolşoy Sadovnya küçəsinin bir künçündə qəralaşır. Bina bəzi mənbələrdə А. А. Leonidovun binası olaraq keçərlidir. Binanın dəqiq inşa tarixi məlum deyildir. Ancaq quruluşu və tikilmə texnikası baxımından onun XIX əsrin dördüncü yarımında inşa edilməsi ehtimal edilir. Bu tip binalar Rostov üçün xarakterikdir. Binanın birinci mərtəbələri bir qayda olaraq ticarət mərkəzləri, ikinci mərtəbələrində isə yaşayış mənzilləri yerləşir. Bu tip xüsusiyyətlər bu binada da vardır.
Krasnuşkinin binası
Krasnuşkinin binası - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Krasnuşkinin binası Taqanroq şəhəri Petrovskaya küçəsi, ev 37 ünvanında yerləşir. Bina 1871-ci ildə inşa edilmişdir. Krasnuşkinin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Krasnuşkinin binası 1871-ci ildə inşa edilmişdir. 1871-ci ildən burada «Peterburq manifaktura şirkətinə» aid kişi və qadın köynəkləri, dəsmallar, donlar, pambıq parçalar və digər tikiş məlulatları satılan mağaza mövcud olmuşdur. 1911-ci ildə bu binanın birinci mərtəbəsində Dansiqerə məxsus olan paltarları yumaq üçün sex mövcud olmuşdur. 1926-ci ildə binanın yarısında düymə və d. əşyaların satış şöbəsi yerləşirdi. 1928-ci ildən komission mağazası, 1931-ci ildən isə univeral mağaza yerləşməyə başlamışdır.
Kraysler binası
Kraysler Binası (ing. Chrysler Building) — Nyu-York şəhərində yerləşən, Art-Deko tərzində göydələn. Manhettenın şərq tərəfindəki Turtle Bay bölgəsində yerləşən bina, 42-ci prospekt ilə Leksinqton prospektinin kəsişdiyi nöqtədədir. 319 metr yüksəkliyində olan göydələn, açılışından 11 ay sonra tamamlanan Empayr Steyt Bildinq onu keçənə qədər, dünyanın ən yüksək binası ünvanına sahib idi. 1973-cü ildə Dünya Ticarət Mərkəzinin inşası ilə Nyu-Yorkdakı üçüncü ən yüksək bina olan Chrysler Binası, 11 sentyabr hücumları zamanı Dünya Ticarət Mərkəzinin dağılmasından sonra yenidən şəhərdəki ikinci ən yüksək bina oldu. 2007-ci ilin dekabr ayında Bank of America binasının hündürlüyü əlavə edilmiş antenası ilə 365.8 metr olduqdan sonra, Kraysler yenidən şəhərin üçüncü ən hündür binası oldu. 2007-ci ildə açılan New York Times Binası isə Kraysler Binası ilə eyni hündürlüyə malikdir. Art-Deko memarlıq sahəsində klassikləşmiş nümunələrdən biri olaraq göstərilən Kraysler Binası, bir çox müasir memar tərəfindən Nyu-Yorkdakı ən gözəl bina hesab olunur. 2007-ci ildə Amerikanın AİA tərəfindən nəşr olunan "Ən sevimli memarlıq siyahıları" adlı siyahıda doqquzuncu yeri tutdu. Bu göydələnin bir hissəsi 1930-cu ildən 1950-ci illərin ortalarına qədər Kraysler şirkətinin ofisləri olaraq istifadə olunsa da, şirkətin binanın tikilməsində heç bir rolu olmayıb.
Kulpinin binası
Kulpinin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 124 qərar 31 dekabr 2002-ci ildə qəbul olunmuşdur. Bina Dmitri Feodoroviç Kulpinə mənsub olmuşdur. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 30. Bina 1870-ci ildə inşa edilmişdir. Taqanroq şəhəri Nekrasov xiyabanının kəsişməsində, Petrovskata küçəsi ev 30 ünvanında yerləşir. Ən əvvəllərdən binada zabit Pavl Buyanovskinin ailəsi yaşayırdı. ХIХ əsrin 80-ci illərindən 1918-ci ilə qədər binada onların yaxın qohumu olan Anton yaşayırdı. Binanın ilk sahibi türk xidmətçisi olan İvan Kontemirov olmuşdur.
Lakierovların binası
Lakierovların binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina tarixi və mədəni bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina İvan Alekseyeviç Varvasinin mülkiyyətində olmuşdur. Bina 1830-cu illərdə inşa edilmişdir. Bina Qreçeskaya 42 ünvanında yerləşir. Bina klassizm stilinə stilinə sahibdir XIX əarin əvvəllərindı inşa edilən bina kərpiç stilinə malik olmuşdur. Bina İvan Alekseyeviç Varvasinin mülkiyyətində idi. I Aleksadrın Taqanroqu ziyarəti zamanı burafa at tövləsi vardı. Onlar şəhər vəsaiti hesabına inşa edilmişdir. Burada kazaklata aid leyb qvardiya yerləşirdi. Bu binanın sahibləri baxımından zəngin tarixi vardı.
Lloyds binası
Lloyds binası — Londonda inşası 8 il davam edən paslanmayan poladdan bina. Riçard Rocers tərəfindən 1986-cı ildə hazırlanmışdır. 1978-ci ildə tikintisinə başlanılmış, 1986-cı ildə istifadəyə verilmişdir. Futuristik dizaynı ilə bu bina diqqət çəkən binalardan biridir. Bina Almaniyanın əmlak idarəetmə fondu Commerz Reala aid olmuşdur. 2013-cü ildə Çinin Ping An sığorta sərmayə şirkəti Lloyds Binasını 260 milyon funt-sterlinqə satın alıb.
Lobanovun binası
Lobanovun binası həmcinin Şukin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina tarixi və mədəni bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina Matvey Yakovleviç Lobanovun vəsaiti ilə inşa edilmişdir. Bina 1897-ci ildə inşa edilmişdir. Bina Qreçeskaya 32 ünvanında yerləşir. Bina klassizm stilinə stilinə sahibdir Matvey Yakovleviç Lobanov 1897-ci ildə Taqanroq şəhəri, Qreçeskaya küçəsi 32 ünvanında bir mərtəbəli bina inşa etdirmişdir. 1906-cı il məlumatına görə bina hələdə Matvey Yakovleviç Lobanov mülkiyyəti olaraq qalırdı. Bir fəziyəyə görə 1910-cu il, digər fəziyyəyə görə isə 1915-ci ildən binaya Natali Dmitrievna Şuçkina sahinlənmişdir. Onun həkim əri İvan Pavloviç Şuçkin XX əsrin əvvəllərində Taqanroqda hərbi həkim vəzifəsində çalışmışdır. Onların üç övladı olmuşdur. Yeganə oğlu otuz yaşında Şərqi Prusiyada gedən döyüşlərin birində faciyəli şəkildə həlak olmuşdur.
Lukinlərin binası
Lukinlərin binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitekur bina. Bina Taqanroq şəhəri Anton Qluşko küçəsi ev 15 ünvanında yerləşir. Tarixi mənbələr onu göstərirki, Anton Qluşko ev 15 ünvanında yerləşən bina hələ 1827-ci ildən mövcuddur. Bilinməyən səbəblərdən bina tamamən dağıdılmışdır. Onun yerində yeni bina isə 1910-cu illərdə inşa edilmişdir. Bu binanın ilk sahibləri Lukinlər ailəsi olmuşdur. Bina iki mərtəbədən ibarət idi. Statistik məlumatlara görə binanın qiyməti 28 min rulb olaraq göstərilirdi. Vasili Pavloviç Lukin XIX əsrin sonları Dənizçilik məktəbi binasının sahibi olmuşdur. Üstəlik «Naviqasiya» kitabının müəllifi idi.
Maksimov binası
Maksimov binası - Rostov-na-Donu şəhərinin ərazisində yerləşən, XIX əsrin ortalarında klassizm memarlıq üslubunda inşa edilən bina. Bu Rostov-na-Donu şəhərində daşdan inşa edilmiş və günümüzə qədər gəlib çatan ən qədim binalardan biridir. Binanın iık sahibi tacir P. R. Maksimov Maksimov binası Rusiyanın mədəni irs obyekləri siyahəsına daxildir. Regional əhəmiyyətliyi ilə seçilir. 1867-ci ildə Köhnə (Bazarnoy) meydanda iki mərtəbəli gəlir evi inşa edilir. Bu bina taxıl satışını həyata keçirən tacir P. R. Maksimova məxsus olmuşdur. O, üstəlik dəyirmanlara sahib idi. Dəqiq olmayan məlumatlara görə binanın layihəsi Trof Şarjinski olmuşdur. 1868-ci ildə binada yeni bir müəsisə açılır. Şəhər duması ora köçürülür.
Maqulonun binası
Maqulonun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 124 qərar 31 dekabr 2002-ci ildə qəbul olunmuşdur. Bina Dmitri Feodoroviç Kulpinə mənsub olmuşdur. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 70. XIХ əsrin əvvəllərində iqtisadi məsləhətçi Mark Spiridonoviç Maqulo qardaşı ilə birlikdə Petrovski küçəsi ev 46 (hazırda 70) ünvanında bina işşa etdirmişlər. Binanın tavanı italiyalı rəssamlar tərəfindən işlənmişdir. 1825-ci ildə binanı imperator I Aleksadr ziyarət etmişdir. Varlı yunanlar onun şərəfinə Maqulonun binasında yığıncaq yeçirmişdir. Gecədə hətta imperator I Aleksadr belə çıxış etmişdir.
Masalitin binası
Masalitin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bölşoy Sadovnya küçəsi və Kirovskaya prospektində yerləşən bina. Bina mühəndis Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında 1890-cı ildə Eklektika stilinə yaxın inşa edilmişdir. XX əsrin əvvələrində bina qadın tacir P. K. Masalitinaya məxsus olmuşdur. Hazırda binada «Nyu-York» restoramı yerləşir. Masalitin binası Regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Gəlirli ev olaraq bina K. A. Vorojein tərəfindən 1890-cı ildə Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında inşa edilmişdir. 1913-14-cü illər ərzində bina P. K. Masalitinə məxsus olmuşdur. Burada bir çox müəsissələr yerləşirdi: X. Mermelşteynə məxsus mağaza, halva ustehsal edən N. M. Masalitinaya məxsus fabrik, Beytlan və Kyonselmə məxsus kolbasa fakriki, N. İ. Kravçenkoya məxsus konvert fabriki, F. Voroşilova məxsus saat mağazası. 1920-ci ildə sovet hökuməti qurulduqdan sonra bina milliləşdirilmişdir. İkinci mərtəbə yaşayış yeri kimi istifadə olunmağa başlanılır.
Mavrokordatonun binası
Mavrokordatonun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində zirzəmiyə sahib bir mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Bina Matvey Stomateviç Mavrokordatoya mənsub olmuşdur. Adres: Taqanroq ş, Qreçeskaya küçəsi, 101 Zirzəmiyə sahib olan bir mətəbədən ibarət olan binanım fasadı yarım kolonnalar ilə bəzədilmişdir. Bina 1830-cu illərdə inşa edilmişdir. Binanın fasadımda olan elementləri böyük hissəsi mavi, kiçik elementlər isə ağ rəngdədir. 1870-ci illərdə bonanın sahibi taqanroqlu tacir Anton Sarandiaki olmuşdur. Sonradan isə yunan tabelesi Yekaterina Mixaylovna Kalvokoresi olmuşdur. 19 yaşında Yekaterina Mixaylovna Kalvokoresi yunan Mixal İvanoviçlə nişanlanmışdır.